Tailand Krallığının Baş naziri xanım Yinqlak Şinavatradan


06 noyabr 2013, 13:00
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Tailand Krallığının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan qürur hissi duyuram. Qələbəniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə olan möhkəm inamının əyani göstəricisidir.
Əminəm ki, Tailand ilə Azərbaycan arasında əlaqələr və dostluq münasibətləri hakimiyyətdə olacağınız növbəti dövrdə də inkişaf edəcəkdir. Xalqlarımız arasındakı qarşılıqlı səmərəli əməkdaşlığı bütün sahələrdə möhkəmləndirmək üçün Sizinlə birgə çalışmaqdan məmnunam. Azərbaycanı daha firavan gələcəyə aparmaq işində Sizə uğurlar arzu edirəm.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Xanım Yinqlak Şinavatra
Tailand Krallığının Baş naziri