Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerdən


05 noyabr 2013, 15:25
Zati-aliləri,
İcazə verin, yenidən Prezident seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırım. Gələcək illərdə Sizə uğurlar diləyir, 2014-cü ildə Münhendə görüşəcəyimizə ümid edirəm.
Fürsətdən istifadə edərək, son illərdəki xeyirxahlığınız və gözəl əməkdaşlığınız üçün Sizə bir daha təşəkkür etmək istərdim. Gələcək illərdə hökumətinizlə əməkdaşlığa çox ümid edirəm. Davamlı əməkdaşlığımızı rəsmiləşdirmək üçün gələn il Azərbaycana səfər etmək fikrindəyəm. Eyni zamanda, baş məsləhətçim və xarici əlaqələr, inkişaf və protokol şöbəsinin müdiri doktor Benedikt Frenkdən xahiş etmişəm ki, bu ilin sonuna qədər Bakıya səfər etsin və birgə konfrans keçirmək barədə imkanları öyrənsin. Biz Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qətiyyətliyik.
Hörmətlə,
Volfqanq İşinger
Münhen Təhlükəsizlik Konfransının sədri