logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ukrayna Ali Radasının deputatı İqor Molotokdan

Text size icon-size icon-size

02 noyabr 2013, 15:40

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının ali dövləti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsinə, Azərbaycan dövlətinin dünya birliyində sabit inkişafının təmin olunmasında yüksək xidmətlərinizin etiraf edilməsinə daha bir parlaq sübut oldu.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləmək istəyirik. Əminik ki, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq, ənənəvi dostluq əlaqələri bundan sonra da ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə ardıcıl və hərtərəfli möhkəmlənəcəkdir.

Hörmətlə,
 

İqor Molotok

Ukrayna Ali Radasının deputatı,

İlham Zeynalov

Ukrayna Azərbaycanlıları Konqresinin müşaviri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi