logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

02 noyabr 2013, 12:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №6, maddə 416; 2004, №6, maddə 440, №9, maddə 674; 2005, №6, maddə 491, №12, maddə 1102; 2006, №7, maddə 592, №8, maddə 659; 2007, №6, maddə 615, №9, maddə 869, №10, maddə 947, №11, maddə 1106; 2008, №3, maddə 168, №8, maddə 719; 2009, №5, maddə 322, №12, maddə 983; 2010, №2, maddə 83, №3, maddə 185; 2011, №2, maddə 85; №6, maddə 508, №9, maddə 791; 2012, №9, maddə 852; 2013, №5, maddə 511 ) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 2-ci hissəsinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:

“İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi