logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tunis Respublikasının Prezidenti Mohamed Monsef Marzukidən

Text size icon-size icon-size

01 noyabr 2013, 11:50

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ali dövləti vəzifənizdə uğurlar arzularımı çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, Sizinlə birlikdə dost ölkələrimiz arasında olan ikitərəfli əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra daha da gücləndirmək uğrunda səylərimizi davam etdirəcəyik.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı diləyirəm. Zati-aliləri, ən yüksək ehtiramlarımı Sizə çatdırıram.

Hörmətlə,

Mohamed Monsef Marzuki
Tunis Respublikasının Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi