Bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


01 noyabr 2013, 18:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Ceyhun Rasim oğlu Əhmədov Gədəbəy Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
2. Məhərrəm Ələkbər oğlu Allahverdiyev Qazax Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
3. Hilal İsmayıl oğlu Xəlilov Masallı Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2013-cü il.