logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü G.A.Hardaveydən

Text size icon-size icon-size

01 noyabr 2013, 15:15

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ABŞ-ın Tennesi ştatının Nümayəndələr Palatası adından səmimi qəlbdən təbrik edirəm. ABŞ Azərbaycanın etnik və mədəni müxtəlifliyinin bütün aspektlərini ehtiva edən demokratik cəmiyyətə sadiqliyini yüksək qiymətləndirir.

Tennesi ştatı ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin genişlənməsinin bizim ştatla Azərbaycan arasında şəhərlərin qardaşlaşması ilə davam etdirilməsində maraqlıdır. Bu ilin mayında Türkiyə-Amerika Ticarət Palatasının icraçı direktoru Alp Leventin dəvəti ilə mənim Tennesi Baş assambleyasındakı həmkarlarımın da iştirak etdiyi xoşməramlı və ticarət fakt araşdırıcı missiyamızın səfəri Azərbaycan xalqı ilə Tennesi vətəndaşları arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində qarşılıqlı mübadilənin uğurlu gələcəyinə zəmin olmuşdur.

Xahiş edirəm, yenidən Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə Ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycan xalqına isə rifah və xoş gələcək diləyirəm. Allah Sizə yar olsun.

Hörmətlə,

G.A.Hardavey
ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi