logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymadan

Text size icon-size icon-size

01 noyabr 2013, 12:00

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Cənab Prezident, bu seçkilərlə ölkənizin qədəm qoyduğu yeni mərhələdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının demokratik seçkilər vasitəsilə verdiyi qərar ölkə həyatının yeni dönəmində vətəndaşlarınızın firavanlığı naminə həyata keçirdiyiniz kursu davam etdirməkdə Sizə dəstək olacaqdır.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə olan iradəmi bir daha təsdiq edir və Sizə ən dərin hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

Evo Morales Ayma
Boliviya Çoxmillətli Dövlətinin Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi