logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rumıniyanın keçmiş Prezidenti İon İlieskudan

Text size icon-size icon-size

01 noyabr 2013, 12:30

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərin nəticələri ölkənizin inkişafına və vətəndaşlarınızın rifahının yüksəlməsinə yönəlmiş siyasətinizin xalq tərəfindən dəstəklənməsinin təsdiqidir.

Məni Azərbaycanla xüsusi tellər bağlayır və mən Sizin atanızla dostluğumdan dərin məmnunluq duyurdum. Biz birlikdə ölkələrimiz arasında davamlı əlaqələr qurmuşuq. Şadam ki, qarşılıqlı fayda naminə bu əlaqələr artmış və inkişaf etmişdir.

Bakıya sonuncu səfərim zamanı bütün sahələrdə müşahidə etdiyim inkişaf məndə xoş təəssürat oyatdı.

Cənab Prezident, Azərbaycan xalqının mənafeyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

İon İliesku

Rumıniyanın keçmiş Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi