Əlizamin Şükürovdan, İmişli, Azərbaycan
Text size


03 noyabr 2010, 15:49
Hörmətli cənab Prezident!
Kür-Araz çaylarında baş vermiş daşqınların törətdiyi dağıntıların qısa bir vaxtda aradan qaldırılması və tamamilə istifadəsiz hala düşmüş ərazidə cəmi bir neçə ay ərzində bütün tələblərə cavab verən kənd və qəsəbələrin salınması hər zaman olduğu kimi Sizin xalqa olan yüksək səviyyədə diqqətinizin və qayğınızın bariz nümunəsidir.
Bir Azərbaycan vətəndaşı, İmişli sakini kimi Sizə dərin təşəkkürümü bildirirəm və Allahdan Sizə can sağlığı, uzun ömür arzu edirəm.
Hörmətlə,
Əlizamin Mirzə oğlu Şükürov,
Azərbaycan Respublikası, İmişli şəhəri.