İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni qəbul etmişdir
31 oktyabr 2013, 16:05
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni qəbul etmişdir.
Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Linden İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi.
Görüşdə ölkələr və xalqlar arasında humanitar və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi və Hollandiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdikləri vurğulandı.