logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişeldən

Text size icon-size icon-size

31 oktyabr 2013, 14:25

Zati-aliləri,

Fürsətdən istifadə edərək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Seyşel hökuməti və xalqı adından ən səmimi və hərarətli təbriklərimizi Sizə çatdırmaqdan məmnunam.

Seçkilərdə parlaq qələbə qazanmağınız Azərbaycan xalqının Sizə bəslədiyi dərin inamın sübutu və ifadəsidir.

Xalqlarımız arasındakı əlaqələr həmişə yüksək səviyyədə olmuşdur və ümidvaram ki, bu möhkəm dostluq və əməkdaşlıq münasibətləri Sizin rəhbərliyiniz altında daha da güclənəcəkdir.

Ali dövləti vəzifənizin yerinə yetirilməsində Sizə bir daha uğurlar diləyirəm.

Zati-aliləri, seçkilərdəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Ceyms Aleks Mişel
Seyşel Adaları Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi