logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Text size icon-size icon-size

30 oktyabr 2013, 15:55

Hörmətli İlham Heydər oğlu!

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçicilərin Sizə göstərdiyi yüksək etimad Sizin peşəkarlığınızın, Azərbaycanın qarşısında duran məsələlərin həllinə səriştəli və cəsarətli yanaşmağınızın sanballı və inandırıcı sübutu, respublikanın sosial və iqtisadi potensialının üzə çıxarılmasında yeni uğurların rəhnidir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Mixail Qutseriyev

“Russneft” Neft Şirkəti Açıq Səhmdar
Cəmiyyətinin prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi