logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Braziliya Deputatlar Palatasının müvəkkili, Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri Klaudio Kajadodan

Text size icon-size icon-size

30 oktyabr 2013, 15:45

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Braziliya ilə Azərbaycan arasında münasibətlər davam edərək hər iki xalqın mənafelərinə uyğun daha da intensiv və şaxələndirilmiş tərəfdaşlığın qurulmasına yönələcəkdir. Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri kimi mən ümidvaram ki, ikitərəfli əlaqələrin genişlənməsinə və Sizin Hökumətinizin Braziliyada fəaliyyətinin təşviq edilməsinə töhfə verə biləcəyəm.

Əminəm ki, Azərbaycan xalqının müdrikliyi ilə Sizin yenidən Prezident seçilməyiniz ölkənin inkişafına yeni impuls verəcəkdir.

Mən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, uğurlar arzu edirəm.

Hörmətlə,

Klaudio Kajado

Braziliya Deputatlar Palatasının müvəkkili,
Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi