İlham Əliyev Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
02 noyabr 2010, 19:18
Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün rəhbərliyi ilə böyük nümayəndə heyətinin ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Vecdi Gönül Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini vurğulayaraq bu sahədə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.