logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turedən

Text size icon-size icon-size

30 oktyabr 2013, 15:10

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edirəm.

Sizə sonsuz ehtiramımızın olduğunu bir daha bildiririk. 2013-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində informasiya-kommunikasiya sahəsinin inkişafı ilə bağlı verdiyiniz bütün vədlərin yerinə yetirilməsinin şahidi olduq. Sizi bu görkəmli nailiyyət münasibətilə təbrik edirəm.

Fürsətdən istifadə edərək Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasındakı güclü əlaqələri özümün və həmkarlarımın adından tam dəstəklədiyimi vurğulayıram.

Ən yüksək ehtiramlarla,

Hamadun Ture
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi