Niderland Krallığının Baş naziri Mark Rüttedən
Text size


29 oktyabr 2013, 15:30
Zati-aliləri,
Xahiş edirəm, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər, xüsusilə iqtisadi əlaqələr Sizin hakimiyyətdə olduğunuz dövrdə daha da güclənəcəkdir.
Sizinlə işləməkdən olduqca məmnunam və mart ayında Nüvə Təhlükəsizliyi Sammiti ilə əlaqədar Sizi Niderlandda salamlamaqdan şad olaram.
Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm.
Dərin hörmətlə,
Mark Rütte
Niderland Krallığının Baş naziri