logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qazaxıstandakı “Dünya Türkləri Assambleyası” Beynəlxalq İctimai Təşkilatının prezidenti, Akademik Yermentay Sultanmuratdan

Text size icon-size icon-size

29 oktyabr 2013, 15:50

Çox hörmətli İlham Heydər oğlu,

Dünya Türkləri Assambleyası – türk xalqlarının görkəmli ictimai, siyasi və dövlət xadimlərini birləşdirən beynəlxalq ictimai təşkilat Sizi yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir.

Mən 2007-ci ildə türk dövlətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçısı kimi Bakıda olmuşam. O vaxt şəhərin siması hələ keçən əsri xatırladırdı. 2011-ci ildə Dünya Azərbaycanlıları Qurultayının fəxri qonağı kimi Bakıda olanda isə ölkənizin paytaxtının qısa müddətdə tanınmayacaq dərəcədə dəyişdiyini görüb vəcdə gəldim. Müasir, qeyri-ordinar arxitektura həlləri şəhərdəki qədim memarlıq nümunələri ilə üzvi vəhdət təşkil edir. Bütün respublikanın necə inkişaf etməsi də göz qabağındadır. Belə ölkə ilə təkcə qardaş Azərbaycan xalqı yox, biz hamımız – bütün dünya türkləri fəxr edirik.

Hamı etiraf edir ki, bu uğurların qazanılmasında, ölkənin sərvətlərindən istifadə etməklə xalqı onun rifahı naminə sıx birləşdirməklə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsində Sizin xidmətləriniz həlledici olmuşdur.

Buna görə də Azərbaycan xalqı Sizə yenidən etimad göstərmişdir.

Bu gün Azərbaycan güclü dövlətdir. Biz Sizə - bu güclü dövlətin liderinə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq.

Dərin hörmətlə,

Akademik Yermentay Sultanmurat

Qazaxıstandakı “Dünya Türkləri Assambleyası” Beynəlxalq
İctimai Təşkilatının prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi