logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Dilma Rousseffə

Text size icon-size icon-size

02 noyabr 2010, 17:58

Hörmətli xanım Rousseff,

Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Braziliya dövlətlərarası münasibətləri, genişlənməkdə olan dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 02 noyabr 2010-cu il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi