ABŞ-ın Viskonsin ştatının dövlət katibi Duq La Folettdən
Text size
28 oktyabr 2013, 16:00
Hörmətli Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə üçüncü dəfə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm.
Mən Azərbaycanı ziyarət etmək şərəfinə nail olmuşam və bundan çox məmnunam.
Ölkəmin Azərbaycan ilə əlaqələri qarşılıqlı məqsədlərə və strategiyalara əsaslanır. Azərbaycanın regional təhlükəsizlik və sabitliyin təmin edilməsindəki mühüm rolunu yüksək dəyərləndirirəm.
Növbəti qələbənizin xəbəri çox sevindiricidir. Əminəm ki, növbəti dövrdə də prezidentliyiniz uğurlu və bəhrəli olacaqdır.
Hörmətlə,
Duq La Folett
ABŞ-ın Viskonsin ştatının dövlət katibi