logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

Text size icon-size icon-size

26 oktyabr 2013, 16:00

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında tarixən təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 oktyabr 2013-cü il 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi