Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının baş direktoru Nikolay Trifonovdan


26 oktyabr 2013, 13:30
Çox hörmətli cənab Prezident,
Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Beynəlxalq qiymətləndiricilər birliyi böyük məmnunluq hissi ilə təsdiq edir ki, atanız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunmuş sosial-iqtisadi uğurlar dinamik inkişaf edir və artır.
Möhtərəm İlham Heydər oğlu, Sizi bir daha təbrik edirəm və Azərbaycan xalqının rifahı naminə əzmkar fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirəm.
Dərin hörmətlə,
Nikolay Trifonov
Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının
baş direktoru