logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suverdən

Text size icon-size icon-size

26 oktyabr 2013, 14:00

Əziz Prezidentimiz,

Oktyabrın 9-da Azərbaycanda keçirilən seçkilərdə əksini tapan milli iradə Zati-alilərinizi yenidən ali vəzifəyə gətirərək inkişafın, rifahın, sabitliyin tərəfində olduğunu göstərmişdir.

Zati-alilərinizi təbrik edirəm.

On ildə yeni, müasir, modern və demokratik bir Azərbaycan yaratdınız. Mərhum Heydər Əliyevdən təhvil aldığınız bayrağı məsuliyyətlə daha yüksəklərdə dalğalandırırsınız. Zati-alilərinizə Mərmərə Qrupu Vəqfi olaraq təbriklərimizi çatdırırıq.

Sonsuz ehtiramımızı və təbriklərimizi qəbul edin.

Akkan Suver
Mərmərə Qrupu Vəqfinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi