logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Belarus Respublikasına səfəri başa çatdı

Text size icon-size icon-size

25 oktyabr 2013, 20:00

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri başa çatdı.

Minsk şəhərinin Milli Aeroportunda Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

X X X

Həmin gün axşam Prezident İlham Əliyev Bakıya qayıtdı.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi