logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Merilend Universitetinin professoru, Vaşinqtondakı Şərq-Qərb Mərkəzinin direktoru Akademik Roald Saqdeyevdən

Text size icon-size icon-size

25 oktyabr 2013, 13:48

Çox hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan xalqı öz ölkəsinin müdrik siyasi kursunu tamamilə dəstəklədiyini yenidən nümayiş etdirdi. Təməli 20 il bundan əvvəl, sovet imperiyası dağılandan sonra ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş (təəssüf ki, postsovet məkanın digər ölkələrində az yerdə həyata keçirilmiş) bu kurs Azərbaycan üçün iqtisadi müstəqillik yolu və hər hansı xarici nüfuz mərkəzlərində deyil, Sizin ölkənizdə işlənib hazırlanan müstəqil siyasi fəaliyyət yolu açmışdır.

Azərbaycan xalqı ölkəyə rəhbərliyi Sizə etibar etdiyi illər ərzində bu kurs yeni impuls almışdır. Mən müntəzəm surətdə Sizin ölkənizdə oluram, yeni Azərbaycan quruculuğunun miqyasını və dərinliyini, onun gənc nəslinə xas olan enerji və optimizmi görürəm. Bu nəslin ali məktəblərdə, universitetlərdə müasir təhsil alması üçün yollar açıqdır. Həmin tədris müəssisələrində mənim azərbaycanlı dostlarım və həmkarlarım, ziyalılar – yaşlı nəslə mənsub olan alimlər öz təcrübə və biliklərini gələcək elmi və texniki kadrlara öyrədirlər.

Fəxr edirəm ki, mənə müxtəlif qitələrdə dünyanın bir sıra ölkələri ilə birbaşa rabitə kanalları açmış ilk Azərbaycan peyki “Azərspace-1”in kosmik orbitə çıxarılması layihəsində iştirak etmək xoşbəxtliyi nəsib olmuşdur. Beləliklə, Azərbaycan Rusiyadan sonra mahiyyət etibarilə özünün fəaliyyət qabiliyyətli kosmik rabitə sistemi olan ikinci postsovet respublikası olmuşdur.

Möhtərəm İlham Heydər oğlu, Sizi əmin edirəm ki, Azərbaycandan olan həmkarlarım, alim və mühəndislərlə əməkdaşlıq yolu ilə ölkənizin elmi və pedaqoji həyatında iştirakımı davam etdirəcəyəm.

Hörmətlə,

Akademik Roald Saqdeyev

Merilend Universitetinin professoru,
Vaşinqtondakı Şərq-Qərb Mərkəzinin direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi