Fransanın Konyak şəhərinin meri Mişel Qurinçasdan
Text size
25 oktyabr 2013, 13:40
Zati-aliləri cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Cənab Prezident, Sizi əmin etmək istərdim ki, Azərbaycan ilə Fransa, xüsusilə də ölkənizin Tovuz şəhəri ilə bizim Konyak şəhəri arasında mədəniyyət və şərabçılıq sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə Konyak şəhəri böyük önəm verdiyini bir daha təsdiq edir.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Ən xoş xatirələr və dərin hörmətlə,
Mişel Qurinças
Fransanın Konyak şəhərinin meri