Moldova Elmlər Akademiyasının prezidenti, Moldova Respublikası Hökumətinin üzvü Akademik George Dukadan
25 oktyabr 2013, 13:50
Çox hörmətli cənab Prezident,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moldova Elmlər Akademiyası adından və şəxsən öz adımdan təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizin yürütdüyünüz, sabitliyə, ölkənin davamlı inkişafına və onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətə göstərdiyi böyük dəstək və etimadı bir daha sübut etdi.
Fürsətdən istifadə edərək, Moldovanın və Azərbaycanın elmi ictimaiyyəti və elmlər akademiyaları arasında əməkdaşlığın hərtərəfli inkişafına və möhkəmlənməsinə göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Sizin dəstəyiniz sayəsində biz gələcəkdə də bu sahədə yeni yüksək nailiyyətlər əldə edəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, gözəl ölkənizin və onun böyük xalqının firavanlığı naminə nəcib əməyinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Akademik George Duka
Moldova Elmlər Akademiyasının prezidenti,
Moldova Respublikası Hökumətinin üzvü