İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yola düşmüşdür
Text size
25 oktyabr 2013, 11:10
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə yola düşmüşdür.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.