logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nümayəndələr Palatasının spikeri Cozef M.Soukidən Senatın sədri Donna Merkado Kimdən

Text size icon-size icon-size

24 oktyabr 2013, 15:50

Hörmətli cənab Prezident,

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi Havay ştatının qanunverici orqanı adından təbrik edirik.

Havay ştatı qanunvericilərinin Azərbaycanı və onun ətraf regionunu yaxından tanımaları üçün bir neçə dəfə imkanı olmuşdur.

Ştatın qanunverici orqanının nümayəndələri Sizin gözəl ölkənizdə beynəlxalq tədbirlərdə iştirak etmişlər. Bundan əlavə, Havay qanunverici orqanında təcrübə mübadiləsi keçən azərbaycanlı tələbədən ölkənizin zəngin tarixi və mədəniyyəti barədə yeni biliklər əldə etmişik.

Ştatın Honolulu şəhəri 1998-ci ildən Bakı ilə qardaşlaşmışdır.

Biz ölkələrimiz arasındakı yaxşı iqtisadi-ticari əlaqələri yüksək dəyərləndiririk. Sizin Sakit okean ticari məkanının yolayrıcında yerləşən Xəzər regionunda mühüm mövqeyinizi dəyərləndirərək davamlı xoşməramlılığı və qarşılıqlı hörməti alqışlayırıq.

Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzu edirik.

Hörmətlə,

Cozef M.Souki
Nümayəndələr Palatasının spikeri

Donna Merkado Kim
Senatın sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi