logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Isidoros Kouvelosdan

Text size icon-size icon-size

24 oktyabr 2013, 15:45

Zati-aliləri, hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin qələbəniz zəngin tarixə və sivilizasiyaya malik olan Azərbaycanda demokratiya institutlarının fəaliyyətini gücləndirəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə davamlı uğurlar arzu edirəm.

Beynəlxalq Olimpiya Akademiyası və şəxsən mən əməkdaşlığımızın inkişaf edəcəyinə ümidvarıq.

Sizə bir daha səmimi təbriklərimi və ən yüksək ehtiramımı çatdırıram.

Hörmətlə,

Isidoros Kouvelos
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi