logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“KAZENERGY” Assosiasiyasının sədri Timur Kulibayevdən

Text size icon-size icon-size

24 oktyabr 2013, 16:20

Hörmətli İlham Heydər oğlu,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin.
Çoxsaylı yerli və xarici müşahidəçilər Azərbaycanda prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini yüksək qiymətləndirmişlər. Bu elektoral kampaniya həqiqətən Azərbaycanda tamamilə dinc və şəffaf şəraitdə keçmişdir.

Seçkilərdə Sizin inamlı qələbəniz çox ruhlandırıcıdır. Seçicilərin 85 faizə qədərinin Sizə səs verməsi Azərbaycan xalqının öz liderinə yekdil inamının təsdiqidir.

Azərbaycan vətəndaşları öz ölkəsi üçün sabitlik və inkişaf yolu seçmişlər. Respublikada real uğurlar məhz son on ildə, Sizin prezidentliyiniz dövründə qazanılmışdır. İqtisadiyyatın bütün sektorlarında baş verən dinamik dəyişikliklər əhalinin rifah səviyyəsini xeyli yüksəltməyə imkan vermişdir. Yeni iş yerləri açılır, yoxsulluğun və işsizliyin səviyyəsi dəfələrlə azalmışdır.

Azərbaycan Cənubi Qafqaz regionunun hamı tərəfindən qəbul edilmiş iqtisadi və siyasi liderinə çevrilmişdir. Dünyanın aparıcı dövlətləri Sizin ölkənin fikri ilə hesablaşır.

Müasir Azərbaycanın bütün bu nailiyyətlərində mən Sizin əhəmiyyətli rolunuzu və xidmətinizi görürəm. Siz atanız möhtərəm Heydər Əliyevin böyük işinin layiqli davamçısısınız. Bu gün Siz Azərbaycan xalqı tərəfindən qəbul edilmiş, ölkəni tərəqqinin yeni zirvələrinə aparmağa, onu daha da inkişaf etdirməyə qadir olan lidersiniz.

Əziz İlham Heydər oğlu, Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Mənim təbriklərimi xanımınıza, Mehriban Arif qızına da çatdırmağınızı xahiş edirəm.

Sizə müvəffəqiyyət, cansağlığı, dövlətin inkişafı ilə bağlı qarşınızda duran bütün vəzifələri uğurla həyata keçirməyiniz üçün güc və enerji diləyirəm.

Ən xoş arzularla,

Timur Kulibayev
“KAZENERGY” Assosiasiyasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi