Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
24 oktyabr 2013, 12:05
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 499; 2012, № 11, maddə 1106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 16.13-1-ci yarımbənd əlavə edilsin:
“16.13-1. mühafizəsi zəruri hesab edilən Daimi Nümayəndəlikdə mühafizə xidmətinin aparılmasına nəzarət edir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2013-cü il