logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sloveniyanın Milli Partiyasının sədri Zmaqo Linçiç Plemenitidən

Text size icon-size icon-size

23 oktyabr 2013, 18:05

Sloveniyanın Milli Partiyasının sədri Zmaqo Linçiç Plemeniti 9 oktyabr seçkilərində parlaq qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik etmişdir.

Təbrikdə deyilir: “Bu qələbə Azərbaycan xalqının qazanılmış bütün uğurlara inamını və həyatın hər bir sahəsində ölkənin inkişafına yönəlmiş kursa fəal dəstəyini təsdiq edir, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirəcəkdir”.

Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə genişlənəcəyinə əminliyini vurğulayan partiya sədri bildirir ki, bu, xalqlarımızın hər ikisinin marağındadır.

Sloveniya Milli Partiyasının lideri Prezident İlham Əliyevə ali dövləti vəzifəsində uğurlar arzulayır, Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi diləyir. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi