İlham Əliyev Statoil şirkətinin prezidentini qəbul etmişdir
Text size
23 oktyabr 2013, 13:40
Prezident İlham Əliyev Statoil şirkətinin prezidenti Helge Lundu qəbul etmişdir.
Statoil şirkətinin prezidenti Helge Lund oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Görüşdə Statoil şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.