Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüləziz Buteflikaya
Text size
30 oktyabr 2010, 17:02
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Əlcəzair münasibətləri, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 oktyabr 2010-cu il.