logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

22 oktyabr 2013, 18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 12, maddə 844; 2001, N 7, maddə 470, N 10, maddə 640; 2002, N 12, maddə 725; 2003, N 9, maddə 475, N 10, maddələr 569, 585; 2004, N 9, maddə 678; 2005, N 5, maddə 400; 2006, N 7, maddə 590; 2007, N 5, maddə 452, N 6, maddə 599, N 11, maddə 1097; 2008, N 7, maddə 613; 2009, N 3, maddə 163, N 12, maddə 990; 2010, N 6, maddə 498, N 7, maddə 610) ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”nın 5.3-cü bəndində “5 (beş)” sözləri “30 (otuz)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi