Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyandan
22 oktyabr 2013, 13:20
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilərək Konstitusiyaya və Qurani-Şərifə and içməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan və möhkəm cansağlığı, xoşbəxtlik arzularımı yetirməkdən məmnunluq hissi duyuram.
Dost xalqınızın nail olmaq istədiyi inkişaf və çiçəklənmə kimi amalların reallaşdırılması naminə üzərinizə düşən vəzifənin yerinə yetirilməsində və təşəbbüslərinizin həyata keçməsində Sizə Uca və Qadir Allahdan müvəffəqiyyət diləyirəm.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Əl Nəhyanın və Sizin rəhbərliyiniz altında məmləkətlərimizə və xalqlarımıza faydalı olacaq bir şəkildə daha da genişlənməsini arzulayıram.
Hörmətlə,
Məhəmməd bin Zayed Əl Nəhyan,
Əbu-Dabi Əmirliyinin vəliəhdi,
Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin
Ali Baş Komandanının müavini