logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycridən

Text size icon-size icon-size

21 oktyabr 2013, 17:30

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük qürur hissi duyuram, sədaqətli xalqınıza daha yaxşı xidmət etmək, ölkənizi tərəqqiyə və çiçəklənməyə aparmaq səylərinizdə Sizə uğurlar arzu edirəm.

Seçkilərdə inamlı qələbəniz və yenidən Sizə göstərilən böyük etimad bir lider kimi sanballı uğurlarınızın parlaq təsdiqidir.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

Əbdüləziz bin Osman əl-Tüveycri
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ISESCO-nun baş direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi