logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başindən

Text size icon-size icon-size

19 oktyabr 2013, 15:45

Hörmətli cənab Prezident,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti adından səmimi qəlbdən təbrik edim. Cəmiyyətimizin əsas məqsədi və fəaliyyəti xalqlarımız arasında əməkdaşlığı möhkəmləndirmək və genişləndirməkdir.

Cəmiyyətin adından və şəxsən öz adımdan Sizə Azərbaycan Respublikasının rifahı və çiçəklənməsi naminə ölkənizə bundan sonra da müvəffəqiyyətlə rəhbərlik etməyi arzulayıram.

Hörmətlə,

İvan Başin
Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi