logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Peter Stoyanovdan

Text size icon-size icon-size

18 oktyabr 2013, 14:00

Hörmətli cənab Prezident,

İcazə verin, ilk növbədə 2013-cü il oktyabrın 31-dən noyabrın 1-dək Bakı şəhərində keçiriləcək Üçüncü Beynəlxalq Humanitar Foruma məni dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirim.

Fürsətdən istifadə edib Sizi prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da xalqın rifahının yüksəlməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun artması yolu ilə irəliləyərək yüksək iqtisadi göstəricilər və davamlı inkişaf sürəti nümayiş etdirəcəkdir.

Hörmətlə,

Sizin

Peter Stoyanov
1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi