logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri Müfti şeyx Ravil Qaynutdindən

Text size icon-size icon-size

18 oktyabr 2013, 16:25

Çox hörmətli İlham Heydər oğlu!

Rusiya Müftilər Şurası, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsi adından və şəxsən öz adımdan Sizə yüksək hörmət və ehtiramımı bildirirəm. Prezident seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbəniz ölkənizin vətəndaşları arasında yüksək etimadınızı və şəksiz nüfuzunuzu təsdiq edir. Əminəm ki, Sizin qələbəni Azərbaycan xalqının ölkənin sosial-iqtisadi inkişafına və respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönələn kursunuzu hərtərəfli dəstəkləməsi təmin etmişdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz güc və enerji, ali dövləti vəzifədə xalqlarımızın və ölkələrimizin gələcək inkişafı, eləcə də Sizin ölkənizin tərəqqisi naminə yeni uğurlar arzulayıram!

İcazə verin, Sizi və Sizin şəxsinizdə Azərbaycan Respublikasının vətəndaşlarını Rusiya Federasiyasının çoxmilyonlu müsəlman ümməti adından, həmçinin Qurban bayramı münasibətilə təbrik edim.

Ən xoş dualarla, sülh və firavanlıq arzuları ilə,

Müfti şeyx Ravil Qaynutdin
Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi