Daha Yaxşı Macarıstan uğrunda hərəkatının sədri Qabor Vonadan, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşidən
18 oktyabr 2013, 15:35
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı qəbul edin.
Seçkilərdə parlaq qələbəniz xalqın marağına uyğun olaraq Sizin ölkəyə davamlı sabitlik və iqtisadi dirçəliş gətirən siyasi proqramınıza Azərbaycan xalqının göstərdiyi etimadın təsdiqidir.
Həm Azərbaycanda, həm də beynəlxalq aləmdə ölkənizə uğur qazandırmaq üçün göstərdiyiniz səylərinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Fürsətdən istifadə edərək ən dərin ehtiramımızı bildiririk.
Hörmətlə,
Qabor Vona
Daha Yaxşı Macarıstan uğrunda hərəkatının sədri
Marton Döndöşi
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq
qrupunun sədri