logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Macarıstan Respublikasının Baş naziri Viktor Orbandan

Text size icon-size icon-size

17 oktyabr 2013, 13:45

Hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edim.

Azərbaycan son on ildə böyük inkişaf yolu keçmişdir. Bu inkişafa ötən ilin iyununda ölkənizə səfərim zamanı şəxsən əmin oldum. Mən ikitərəfli münasibətlərimizin dinamik inkişafına səmimi qəlbdən şadam. Son zamanlar ən yüksək səviyyədə görüşlər, habelə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti bu inkişafa xeyli dərəcədə kömək etmişdir.

Əminəm ki, bizim intensiv əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

Viktor Orban
Macarıstan Respublikasının Baş naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi