logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda və Suxumi-Abxaziya mitropoliti II İliyadan

Text size icon-size icon-size

17 oktyabr 2013, 18:15

Zati-aliləri, cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu, onu təsdiq edir ki, Siz insanların etimadını və sevgisini qazanmısınız.

Düşünürük ki, dövlət idarəçiliyi işində Sizin böyük təcrübəniz bundan sonra da Cənubi Qafqazda sülhün və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Sizə uzun ömür, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirik.

Dərin hörmətlə,

II İliya

Bütün Gürcüstanın katolikos-patriarxı,
Mtsxeta və Tbilisi arxiyepiskopu,
Pitsunda və Suxumi-Abxaziya mitropoliti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi