ABŞ-ın çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru, Kaliforniya Universitetinin professoru Lütfi Zadədən
17 oktyabr 2013, 14:10
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
2003-cü ildən bəri Sizin uğurlu və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan inanılmaz dərəcədə inkişaf etmiş, xalqın isə firavan, əmin-aman həyatı daha da möhkəmlənmişdir.
Sizin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyiniz uzaqgörən, müdrik daxili və xarici siyasətiniz Azərbaycana beynəlxalq nüfuz və şöhrət qazandırmışdır.
Azərbaycan regionda mühüm rol oynayan modelə çevrilmişdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi lideri vardır.
Dərin hörmətlə,
Lütfi Zadə
ABŞ-ın çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru,
Kaliforniya Universitetinin professoru