Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən
Text size


14 oktyabr 2013, 16:25
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram.
Seçkilərdə qazandığınız dəstək onu sübut edir ki, Sizin vətəndaşlar ölkədə həyata keçirilən tərəqqini qiymətləndirərək dövlətin idarə olunmasını Sizə etibar etmişlər.
Əminəm ki, ölkələrimizin uğurlu siyasi və iqtisadi əməkdaşlığı bundan sonra da davam edəcəkdir. İnanıram ki, bu əməkdaşlıq xalqlarımız üçün faydalı olacaqdır.
Hörmətlə,
Milorad Dodik
Bosniya və Herseqovinanın Serb Respublikasının
Prezidenti