logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç “Naməlum əsgər” abidəsini ziyarət etmişlər

Text size icon-size icon-size

28 oktyabr 2010, 12:53

Prezident İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət etmişlər.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç “Əbədi məşəl”in önünə əklil qoydular, 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdilər.

Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.

Dövlət başçısı qədim Kiyev şəhərinin mənzərəsini seyr etdi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi