İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir
Text size
03 oktyabr 2013, 13:00
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar Sumqayıtda görülən abadlıq və quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, abidənin ətrafında xeyli abadlıq işləri görülmüş, yaşıllıq sahəsi artırılmışdır.