İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
26 sentyabr 2013, 14:20
Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə son illər Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluq ifadə olundu, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp rasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.