İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbərini qəbul etmişdir
Text size
24 sentyabr 2013, 13:15
Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanı qəbul etmişdir.
Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkiləri üzrə görülən hazırlıq işlərinin vəziyyəti və seçkilərin keçirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.